Vernel Sensitive
İnanılmaz yumşaq camaşırlar və zərif ətirdən zövq alın.
Xüsusilə uşaq paltarları və həssas dəri üçün hazırlanmış bu yumşaldıcı, yalnız zərif ətri ilə deyil, həm də hipoallergen xüsusiyətlərinə görə seçilir.

ECARF-test edilib
Həssas dəri üçün xüsusilə hazırlanmış formula həm körpələr, həm də allergiyadan əziyyət çəkənlər üçün münasibdir və tərkibində boyaq maddələri və ya konservantlar yoxdur. Aktiv maddələr parçaların lifli səthlərini hamarlaşdırır və onları yumşaldır, belə ki, dəri qıcıqlanmasının qarşısı alına bilər. Xüsusi formula dermatoloji testlərdən müvəffəqiyyətlə keçmişdir və Allergiya Problemlərini Araşdıran Avropa Tədqiqat Mərkəzi — ECARF tərəfindən istifadə üçün tövsiyə olunur.