Vernel

Yumşaldıcını bütün növ parçalar üçün istifadə etmək olarmı?

Tez-tez parça yumşaldıcısı  istifadə etməyin vacibliyindən danışırıq. Bəs onu istifadə etmək vacibdirmi?  Dəsmalları yuyarkən yumşaldıcı istifadə etmək lazımdırmı?  Cins paltarları yuyarkən yumşaldıcı istifadə etmək olarmı? Camaşırlarının yuyulmasında yumşaldıcı istifadə etmək zəruridirmi? Yun parçaların yuyulmasında yumşaldıcı istifadə etmək ziyan etməzmi? İdman paltarlarının yuyulmasında yumşaldıcı istifadə etmək olarmı?

Bütün bu sadalanan sualların heç birinə birmənalı cavab vermək mümkün deyil.

Baxaq niyə ...

Dəsmalları yuyarkən yumşaldıcı istifadə etmək lazımdırmı?

İlk baxışdan cavab bəllidir. Parça yumşaldıcısı parçaları daha yumşaq edir. Dəsmallar  isə yumşaq olmalıdır. Nə qədər daha yumşaq və tüklü olsa, bir o qədər yaxşıdır? Burda siz haqlısınız. Parça yumşaldıcısı hər parça lifini örtdüyünə və qoruduğuna görə, parçanın su hopdurucu qabiliyyətini azalda bilər. Su hopmayan dəsmallar nəyə lazımdır? Bir seçim etməyə ehtiyac yoxdur! Dəsmalları növbə ilə parça yumşaldıcısı ilə və onsuz yumaq məsləhət görülür.

Cins paltarları yuyarkən yumşaldıcı istifadə etmək olarmı?

Əminliklə demək olar ki, cins geyimlərin yuyulmasında  parça yumşaldıcısı istifadə etmək olar. Lakin bunu edib etməmək sizin öz seçiminizdir. Mütəxəssislər hesab edirlər ki, cins parça ümumiyyətlə yuyulmamalıdır. Əgər parça yuyulmursa parça yumşaldıcısınada ehtiyac olmur. Çirk və tərdən paltarları azad etmək üçün bəzən cins paltarlarıda təravətləndirmək ehtiyacı yaranır. Yaxşı nəticə əldə etmək üçün cins paltarları tərs tərəfinə çevirin və 40 ° C-dək temperaturda yuyun. Yuyucu toz əvəzinə isə yumşaq maye yuyucu vasitələrdən istifadə edin. Əgər cins paltarlarınızın yumşaq və ütüləmək üçün rahat olmasını istəyirsinizsə, Vernel parça yumşaldıcısından istifadə edin. Vernel parça yumşaldıcı ilə yuyulduqdan sonra paltarlarınız əla görünəcək, toxunuşda yumşaq hiss və inanılmaz təravətli ətr bəxş edəcək.

Camaşırlarının yuyulmasında yumşaldıcı istifadə etmək zəruridirmi?

Yumşaq və təravətli camaşırlı yataqda yatmaqdan gözəl nə ola bilər? Lakin parça yumşaldıcısını istifadə edib etməmək barəsində birmənalı cavab vermək mümkün deyil. Bir tərəfdən Vernel Suprême kimi premium parça yumşaldıcısı, milyonlarla hamarlaşdırıcı hissəciklər və zərif fransız qoxusu sayəsində yataq camaşırlarınız yumşaq və təravətli olacaq. Digər bir tərəfdən parça yumşaldıcısı hər parça lifini örtdüyünə və qoruduğuna görə, parçanın hopdurucu və havakeçirtmə qabiliyyətini azalda bilər. Beləliklə, yumşaq və təravətli yataqda yatmaq istəyirsinizsə, camaşırları növbə ilə parça yumşaldıcısı ilə və onsuz yumaq məsləhət görülür.

Yun parçaların yuyulmasında yumşaldıcı istifadə etmək ziyan etməzmi?

Yun parçalar çox həssas olur. Yün parçaları yüksək temperaturda yumaq və sürtmək olmaz. Əgər yun parçaya düzgün qulluq edilməsə, zamanla o kobudlaşacaq və formasını itirəcəkdir. Yun parçaları yuyarkən parça yumşaldıcı seçiminə çox ciddi yanaşmaq lazımdır. Aşağı keyfiyyətli məhsul istifadə edərək tiftiklər kimi xoşagəlməz nəticələr ilə üzləşəcəksiniz. Yun paltarlarınız üçün uyğun məhsul seçərkən Vernel Suprême Premium parça yumşaldıcılarına diqqət yetirin. Milyonlarla hamarlayıcı hissəciklər parça liflərini örtür, səthini yumşaldır və hamarlayır. Nəticədə yun məhsulları təbii elastikliyini və ilkin görünüşünü qoruyur.

İdman paltarlarlarının yuyulmasında yumşaldıcı istifadə etmək olarmı?

Qan, göz yaşları və tər — idman məşqlərinin ayrılmaz hissəsidir. Bəs idman paltarlarının yuyulmasında yumşaldıcı istifadə edə bilərikmi? Təəssüf ki, xeyr. Adi parça yumşaldıcıları  lifləri qoruduğundan, istəmədən parça membranlarını bağlaya bilər. İdman paltarları isə nəfəs almalıdır. İdman paltarlarınıza zərər vermədən yeniləmək istəyirsinizsə, o zaman «Laska Care & Refresh» yuyucu gelindən istifadə edin. Sadəcə yuyucu toz əvəzinə jeli paltaryuyan maşına əlavə edin. Bunun sayəsində ən sevdiyiniz idman paltarlarınızla daha uzun müddət məşq etməniz mümkün olacaq.