Vernel

Parça yumşaldıcısıları haqqında bilmədikləriniz

Parça yumşaldıcısı nədir? Bu sualın cavabını yəqin ki, hamınız bilirsiniz.  Bəs yumşaldıcının iş prinsipi haqqında nə bilirsiniz? Camaşırları yumşaldan və ətirli təravət bəxş edən bu yuyucu vasitənin iş prinsipini başa düşməklə siz onun başqa məqsədlər üçün istifadə yolları da tapacaqsınız. Yumşaldıcılar haqqında bilmədiklərinizi bizim əsas təlimatımızdan əldə edə bilərsiniz ...

Parça yumşaldıcısı nədir?

O zaman lap əvvəldən başlayaq... Parça yumşaldıcısı parçanı daha yumşaq edir. Parça hamarlığı və yumşaqlığı bu vasitənin yeganə üstünlüyü deyil. Yumşaldıcı parçanın liflərini qoruyur, statik elektrik meydana gəlməsini azaldır və təzə yuyulmuş camaşırlara qalıcı bir ətir bəxş edir. Yumşaldıcıyla yuyulan paltarları ütüləmək daha asan olur, daha tez quruyurlar ... və bunlar yalnız parça yumşaldıcısını təyinata görə istifadə etməyin faydalarıdır! Yumşaldıcı ixtirasından əvvəl insanlar pH-nı tarazlaşdırmaq və camaşırları yumşaltmaq üçün distillə edilmiş ağ sirkə istifadə edirdilər. Uzun illər davam edən tədqiqat və ixtiralar  nəticəsində əmələ gələn məhsuldan faydalana bilərik.

Parça yumşaldıcısı camaşırlara necə təsir göstərir?

Parça yumşaldıcısı (ən çox yayılmış forması  — mayedir) paltaryuyan maşının xüsusi bölməsinə tökülür və yumadan sonra, yaxalanma zamanı, sıxma və qurudulma dövründən əvvəl suya avtomatik əlavə olunur. Yumşaldıcı hissəcikləri camaşırları daha yumşaq edir və elektrostatikanı çıxarır. Necə? Müsbət yüklü ionlar, yəni kationik səthi aktiv maddələr, parçanın səthində mənfi yüklənmiş ionlara tərəf cəzb olunur. Nəticədə liflər arasındakı elektrostatik bağlardan yaranan sərtliyin yaranmasının qarşısı alınır və yapışqanlıq, elektrik cərəyanı vurması kimi problemlər həll olunur.

Parça yumşaldıcısının başqa məqsədlər üçün də istifadə edilə bilər.

Parça yumşaldıcısının bəzi keyfiyyətləri digər məqsədlər üçün də yararlı ola bilər. Bəzən onun antistatik, yumşaldıcı xüsusiyyətləri, bəzən isə sadəcə qalıcı təravətli ətir bəxş etməsi istifadə olunur.  Sizə yumşaldıcıların bir neçə başqa məqsədlər üçün istifadə yollarını təqdim edirik.

1. Boya fırçalarını yuyun

Çox sevdiyiniz fırçalar tez-tez yuyulduqdan sonra öz keyfiyyətini itirir? Ürəyinizi sıxmayın! Onları yenidən yumşaq etmək üçün sadəcə bir az yumşaldıcı əlavə edilən suda saxlayın.

2. Elekrik cərəyan vurmasından xilas olun

Parça yumşaldıcısının antistatik effekti, paltarlarınıza bir birinə yapişmağın qarşısını aldığı kimi, xalçalardan elektrik cərayanı vurmasından qoryuya bilər. Suda həll edilmiş yumşaldıcını (1 litr suya 1 qapaq ) xalçanın üzərinə səpələyin.  Həddindən artıq yumşaldıcı istifadə etməyin. Yalnız xalçanın tamamilə qurumasından əmin olun. 

Bonus:  Xoş təravətli ətiri bir neçə həftə hiss edəcəksiniz.

3. Evinizi tozdan, heyvan tüklərindən və s. qoruyun

Parça yumşaldıcısının antistatik xüsusiyyətlərə malik olduğunu unutmayın!  Bu, yalnız paltarların dəriyə yapışmayacağını deyil, saçların, tozun və ya tükün paltarınıza yapışmayacağının göstəricisidir. Bu prinsip digər səthlərin təmizlənməsində də uyğundur. Xalça üçün istifadə etdiyiniz eyni üsulu (yuxarıya bax) taxta, metal və ya şüşə səthləri, eləcə də ev heyvanlarının oturmağa xoşladığı hər cür yumşaq mebellərin təmizləməsində istifadə edə bilərsiniz.

4. Parça yumşaldıcısı vasitəsi ilə hava təravətləndiricisi hazırlayın

Yuyulmuş çarşaflardan, təmiz paltarlardan və ən sevdiyiniz sviterdən belə bu təravəti hiss edəcəksiniz. Nəyə görə bu təravəti öz evinizdə də hiss etməyəsiniz? Bir qapaq  Vernel parça yumşaldıcısından bir şüşə qabda həll edin və qaba bir neçə aroma diffuzor çubuqları qoyun. İmprovizə edin: bambuk, yemək və ya hətta dondurma çubuğlarından da istifadə edin.