Vernel

Parça yumşaldıcısı ilə əlaqəli üç ən vacib problem həll edildi

Parça yumşaldıcısı və paltaryuyan maşınla əlaqəli ən çox rast gəlinən problemləri (tökülməyən bir parça yumşaldıcısından tutmuş, yuyucu qabın tıxanmasına və ya su ilə doldurulmasına qədər) bir neçə sadə addımla tez bir zamanda neçə həll edə biləcəyimizə nəzər salaq.

Problem № 1. Paltaryuyan parça yumşaldıcısını almırsa

Paltarları yuyub bitirdikdən sonra parça yumşaldıcısı qabda qalıb? Adətən bu problemi sadə yolla həll etmək mümkündür. Aşağıda qeyd olunan addımları ataraq, bu problemin səbəblərini və həllini tapacaqsınız.

  1. Parça yumşaldıcı üçün konteyner tıxanıb?
    Yuyucu qabı necə çıxarmaq barədə təlimatlar üçün maşınınızın istismar təlimatlarını tapın. Yuyucu vasitə üçün konteyneri və dəyişdirilən başlığı isti su və fırça ilə yuyun.
    Paltaryuyan maşının təmiz və düzgün işləməsini təmin etmək üçün proseduru vaxtaşırı təkrarlamaq tövsiyyə olunur.
  2. Su forsunkaları tutulub?
    Daha sonra suyu parça yumşaldıcı konteynerinə  yönləndirən (tam konteynerin üzərində yerləşən) balaca forsunkaların tutulub -tutulmadığını  yoxlayın. Əgər siz suyun sərt olduğu ərazidə yaşayırsınızsa, forsunkaları təmizləyici vasitə ilə təmizləyib və qalıqlarını bir süngər və ya fırça ilə təmizləməyə başlayın.
  3. Seşdiyiniz yuma programı parça yumşaldıcısı istifadəsini nəzərdə tuturmu?
    Parça yumşaldıcısının konteynerdə qalmasının səbəbi sizin seçdiyiniz yuma proqramında yumşaldıcı vasitənın istifadəsi nəzərdə tutulmaması ola bilər. Təlimatları birdə nəzərdən keçirin və ehtiyac olduqda yuyulmanı digər parametrlərlə təkrarlayın.
  4. Paltaryuyan maşını təmizləmək üçün intensiv qaynar su yuma rejimindən  istifadə edin.
    Paltaryuyan maşında yumşaldıcı üçün nəzərdə tutulan konteynerlərin çirklənməsinin qarşısını almaq üçün vaxtaşırı təmizlənməsi mütləqdir. Maşını ən isti dövrəyə qoyun. Yuyucu vasitə və yumşaldıcı üçün nəzərdə tutulan konteynerlərə distillə edilmiş ağ sirkə tökün. Sirkə, paltaryuyan maşının təmizlənməsinə kömək edən mükəmməl bir həlldir.

Problem № 2. Parça yumşaldıcısı dərhal tökülür

Parça yumşaldıcısı paltaryuyan maşını işə saldıqdan dərhal sonra sızırsa, deməli məhsul sadəcə boşa işlənmiş olur. Vaxtından əvvəl əlavə olunduğundan yumşaldıcının çox hissəsi yuyulub axacaq. Bunu fərq etməyiniz sizə problemi aradan qaldırmaqda yardımçı olacaq. Gəlin aşağıda qeyd olunanları yerinə yetirməyə çalışaq:

  1. Dozatorda həddindən artıq yumşaldıcı olması
    Əgər siz həddindən artıq yumşaldıcı maye əlavə etmisnizsə, o dərhal axacaq. Dozatoru maksimum səviyyədən aşağı doldurduğunuzdan əmin olun (adətən bu xətt və ya MAX hərfləri ilə göstərilir). Əgər problem həll edilmədisə, deməli sifonun sensoru yanlış səviyyədədir və buna görə də xəttin altından daha da az tökməyə çalışın.
  2. Yumşaldıcı üçün konteyneri çox tez və sərt bağlayırsınız?
    Bu səbəbdən parça yumşaldıcısı dərhal tökülə bilər. Dozatoru dolduran yumşaldıcı səbəbindən sifon işə düşə və konteyneri dərhal boşalda bilər.

Problem № 3. Parça yumşaldıcı bölümü suyla dolub

Yumadan sonra yumşaldıcı konteyneri su ilə dolubsa, deməli yuxarıda göstərilən buna oxşar problemin səbəbi ola bilər. Səbəbi tamamilə fərqli də ola bilər. Məsələn:

  1. Parça yumşaldıcısı üçün konteyner tıxanıb?
    Yumşaldıcı maye tökülə bilər, su isə yox. Belə olduğu halda yuxarıda göstərilən üsulla konteyneri təmizləməyiniz bu problemi həll etməyin ən asan yoludur.
  2. Paltaryuyan maşın düzgün quraşdırılıb?
    Paltaryuyan maşınların quraşdırılması üçün düz və rahat sahə seçilməlidir. Əks halda yerin düzgün seçilməməsi su axını ilə problem yarada bilər və paltar yumşaldıcı vasitənin konteynerinin su ilə dolmasına səbəb ola bilər. Paltaryuyan maşının ön, arxa, sol və sağ tərəflərinin eyni səviyyədə olduğunu öyrənmək üçün uyğun proqramdan  istifadə edin (və ya su səviyyəsini yoxlayan tətbiqi yükləyin). Hər hansısa tərəfin səviyyəsinin düzgün olmadığını görsəniz, onu düzəldin. Paltaryuyan maşının düzgün quraşdırılması bir çox bahalı təmir tələb edən problemlərə səbəb ola bilər. Bunun baş verməsini gözləməyin. Ayaqları tənzimləmək üçün, maşının ayaqları üzərində olan qaykaları açın və maşın düzəldənə qədər ayaqları döndərin. Sonra qaykaları yenidən sıxın. Daha ətaflı məlumat maşının təlimat kitabçasında göstərilir.

Problemlər həll edildi!

Paltaryuyan maşınla bağlı bütün problemləri həll etdiniz!  İndi təmiz, yumşaq və təravətli camaşırlardan həzz almaq vaxtıdır!