Vernel

Parça yumşaldıcılarının SİMVOLLARINI TANIYIRSINIZMI

Latin dilini bilməyə ehtiyac yoxdur! Siz paltaryuyan maşınların simvollarını bilirsiniz? Paltar yumşaldıcısını haraya əlavə edəcəyinizi bəs? Əgər «Yox» cavabı vermisinizsə, deməli camaşırları düzgün yumursunuz. Siz tək deyilsiniz. Hər dəqiqə,  yuyucu vasitələrin düzgün istifadə edilməməsi nəticəsində növbəti camaşır dəsti yararsız hala düşür. 

Narahat olmayın! Biz sizə bütün sirləri açmaq və düzgün yuyulma yolunu göstərmək üçün burdayıq. Parça yumşaldıcısı bölməsi üçün simvollara dair ətraflı təlimatlarımız bu işdə sizə köməklik göstərəcək: bölmə harada yerləşir, nə edir və niyə bu qədər vacibdir. Hazırsınız?

Bir, iki, çicək

Paltaryuyan maşınlar konstruksiyasına görə fərqli ola bilər, lakin onların əksəriyyətində  yuyucu vasitələr üçün nəzərdə tutulan 3 standart simvollarla nişanlanmış bölməyə malik xüsusi siyirtmə var.

  •  I — ön yuma, xüsisi yuyucu vasitələr və kraxmal üçün nəzərdə tutulub. Əgər siz bu yuyulma rejimindən istifadə edirsinizsə, yuyulma üçün əlavə yuyucu toza və ya gelə ehtiyacınız ola bilər.
  • II —  əsas yuma, yuyucu toz üçün nəzərdə tutulub. Hər hansı bir proqramda ön yuma və ya ikinci dövrə nəzərdə tutulmadığında, yalnız bu bölmənin tərkibi istifadə ediləcəkdir.
  • 6-ləçəkli çiçək — yumşaldıcı vasitələr üçün nəzərdə tutulan bölmə.  Möcüzələr məhz burada baş verir.

Yumşaldıcı üçün konteynerin yerləşməsi paltaryuyan maşının tipindən asılıdır.

  • Şaquli yükləmə tipinə malik paltaryuyan maşınlarda yumşaldıcı maye dozatoru qarışdırıcının (barabanın ortasında yerləşən sütun) mərkəzində yerləşir. Köhnə model paltaryuyan maşınlarda dozator ümumiyyətlə olmaya bilər, ona görə də parça yumşaldıcısını birbaşa barabana tökmək məcburiyyətində qala bilərsiniz (bu prosesi son yaxalama zamanı edin).
  • Öndən yükləmə tipinə malik paltaryuyan maşınların yuxarı hissəsində ön siyirtməsi var. Paltaryuyan maşının yuyucu toz siyirtməsi üç bölümdən ibarətdir: ön yuma, əsas yuma və parça yumşaldıcısı. Parça yumşaldıcısı üçün nəzərdə tutulan konteynerı tapmaq üçün altı ləçəkdən ibarət çiçək şəklində işarələnmiş simvol axtarın.

Bu doğrudan da vacibdir?

Düşünə bilərsiniz ki, paltarlar, su, yuyucu və qulluq vasitələri onsuzda qarışır, niyə görə onları ayrı ayrı əlavə etmək lazımdır? Doğrudanmı buna ehtiyac var? Əlbəttə ki,var. Əks təqdirdə, bütün səyləriniz boşa çıxacaq və paltarlarınız korlanacaqdır. Hər bir yuyucu vasitənin müxtəlif təyinatı və istifadə qaydası vaxtı var.

Ön və əsas yuma yuyucu vasitələri paltarları kirdən təmizləmək üçün nəzərdə tutulub. Yuyucu toz və gel barabanın içinə su ilə birlikdə daxıl olur. Suda həll edildikdən sonra toz və ya geldəki aktiv maddələr kir və ləkələri aradan qaldırmağa kömək edir. Yuma dövrü başa çatdıqdan sonra yaxalama zamanı qalan toz və ya gel yuyulur. Məhz son yaxalama dövrü müddətində yumşaldıcı əlavə edilməlidir. Yumşaldıcı maye statik elektrik enerjisini neytrallaşdırmağa, parçanı yumşaltmağa və paltarlara gözəl bir ətir bəxş edəcəkdir.

Təsadüfən məhsulları qarışdırıb yanlış konteynerlərə töksəniz, məsələn, parça yumşaldıcısını — əsas yuma və yuyucu tozu — yumşaldıcı maye konteynerinə əlavə etsəniz, proses tamamilə fərqli olacaq. Əvvəlcə parça yumşaldıcı yuyulma dövründə barabana töküləcək. Bu vasitə kiri və ləkələri təmizləmək üçün nəzərdə tutulmadığından, lifləri təmizləmək əvəzinə onları qoruyucu səthlə örtəcək. Sonra isə kirli (lakin mükəmməl qoxulu) paltarlarınız, yuyucu tozun aktiv maddələri vasitəsilə parça liflərinə dərindən daxil olub, yumşaldıcını təmizləyəcək. Nəticədə paltarlarınız quruduqdan sonra kobud, sərt, narahat və dalayıcı ola bilər.

Yun paltarlarınız sizi dalamasın deyə, paltaryuyan maşındakı simvolların mənasını yaddaşınızda təzəliyin.