Vernel

Paltaryuma zamanı yol verilən 5 BÖYÜK SƏHV

Paltaryuyan maşında paltarları necə yumaq lazımdır? Yəgin ki, bunu bilirsininiz. Bununla yanaşı, paltar yuyarkən bilmədən bəzi səhvlər edilir. Bu səhvlərdən hansılarını etdiyinizi bilirsinizmi? Paltarlarınız daha təravətli və uzunmüddətli olsun deyə bir sıra şərtlərə əməl etmək lazımdır. Buna nail olmaq üçün, camaşır yuyan zaman yol verilən 5 böyük səhvi sizə təqdim edirik.

Səhv № 1: Dozaya əməl olunmaması

Şübhəsiz ki, yuyucu və qulluq vasitələri — çirkli camaşırların gözəlliyini, yumşaqlığını və əla görünüşünü bərpa etməyin ən yaxşı yoludur. Ancaq yuyucu vasitələrdən sui-istifadə edildikdə nəticə müsbət deyil, mənfi ola bilər. Əgər həddindən artıq yuyucu toz istifadə etsəniz, yaxalama zamanı toz tamamilə yuyulmayacaq və parça toxunuşda sərt və xoşagəlməz olaraq qalacaq. Həddindən artıq yumşaldıcı vasitə istifadə etsəniz isə, maye parçanın liflərinə hopa bilər, lakin parçanın suyu udması azalacaq. Bu xüsusilə dəsmal tipli parçalara və xalatlara aiddir.  Bundan əlavə, yumşaldıcı vasitənin həddindən artıq istifadə edilməsi paltarları geyindikdə belə güclü qoxuya səbəb ola bilər. Xoşbəxtlikdən, bunun sadə bir həll üsulu var: özünüz üçün məhdudiyyət qoyun. Məhsulun istifadə qaydalarına əməl edin! Şübhəniz varsa, «Vernel«-in qızıl qaydası var: 4 kq camaşır üçün, təxminən yarım qapaq parça yumşaldıcısı istifadə edin.

Səhv №2: Hesab edirsiniz ki, yuyucu toz və yumşaldıcı vasitə eyni şeydir?

Camaşır yumşaldıcısı və yuyucu toz eyni şeydir? Əlbətdə, yox! Onlar tamamilə fərqlı vasitələrdir. Bir-birlərini əvəz edə bilsələr də bu məhsullar tamamilə fərqlı problemləri həll edir. Yuyucu tozun aktiv maddələri ləkələri və dərin kirləri təmizləmək üçün parça lifləri arasına nüfuz edir. Parça yumşaldıcısı isə paltarı sonuncu dəfə yaxalandıqda əlavə edilir. Yumşaldıcı statik elektrikləri zərərsizləşdir və parçanı yumşaldır.  Liflərin hamarlaşması sayəsində parçanın təbii rəngi gonunur və təravətləndirici ətr bəxş edir.  Yuyucu toz vasitəsi ilə parçanı yumşaltmaq mümkün olmadığı kimi,  parça yumşaldıcısi ilə də ləkələri təmizləmək mümkün deyil.

Səhv № 3: Etiketlərə riayət edilməməsi

Bir qayda olaraq, hər yeni bir qeyim əşyasının necə yuyulacağı yazılmış bir etiket var.

Əşyanın içərisindən tikilmiş etiketdə, istehsalçının hansı növ yuma tövsiyə etdiyini, əşyanın hansı temperaturda yuyulmasına icazə verildiyini, ağardıla biləcəyini və sarılmağın mümkün olub olmadığını görəcəksiniz. Bəzən bu təlimatlara əməl edilmir və  nəticədə ən çox sevdiyiniz cins və ya ağ köynək korlanır. Əgər paltarlarınızın ilkin görünüşünü itirməsini istəmirsinizsə, onda etiketdəki təlimatlara əməl edin.

Səhv № 4: Yuyulacaq paltarları səhv qruplaşdırmaq

Yəqin ki, yuyulmadan öncə paltarları rənginə görə qruplaşdırılmasının lazım olduğunu bilirsiniz. Bəs paltarları parça növünə görə ayırmasının lazım olduğunu bilirdinizmi? Bunu etmək mütləq lazımdır. Pambıq, xovlu və  yun kimi parçaları yuyarkən onlardan xırda xovlar tökülür. Kətan, sintetik, trikotaj və məxmər kimi parçalar isə əksinə, bu xovları öz səthinə yığır. Bu parçalar birlikdə yuyulduğu halda nəticənin necə olacağını təsəvvür etmək çətin deyil. Əgər siz bu nəticəylə üzləşmək istəmirsinizsə, belə parçaları ayrıca yuyun və yuyarkən biraz parça yumşaldıcısı istifadə edin. Yumşaldıcı istifadəsi lifləri yumşaldır və xovlar daha rahat yuyulur.

Səhv №5: Tünd rəngli geyimlərə laqeyd münasibət

Tünd rəngli parçaların sərt yumaya davam gətirə biləcəyini düşünə bilərsiniz. Bu  parçalar əslində ən tələbkar parçalardan sayılır. Həddindən artıq yüksək temperatur və ya intensiv yuyulma parça liflərinin səthini dağıda bilər və nəticədə parça solğun və səliqəsiz bir görünüş əldə edə bilər. Bəs bunun qarşısını almaq üçün biz nə edə bilərik? Tünd rəngli paltarları yuyarkən astar üzünə çevirin, orta ilıq suda delikat yuyum proqramı seçin və parça yumşaldıcısı əlavə etməyi də unutmayın. Yumşaldıcının istifadəsi lifləri yumşaldır və rəngini qoruyur. Qurutma maşını istifadə etməyin və tünd rəngli paltarları  birbaşa günəş işığından uzaq bir ipdə qurutun.