Vernel

Paltar yumaq ətirli bir həzzə çevrilsin

Yuyulmuş camaşırın təravətli ətrindən daha yaxşı nə ola bilər.  Bəs paltar yumaq necə? O qədər də yaxşı hiss deyil ...  Parça yumşaldıcısı vasitəsilə xoşagəlməz qoxunu necə aradan qaldırıb, camaşırlara təravətli ətir bəxş etmək olar?  VerneL kolleksiyasında təqdim olunan geniş çeşid aromalar və ətirlər haqqında daha çox məlumat əldə edin.

Paltaryuyan maşındakı xoşagəlməz qoxunu necə aradan qaldırmaq olar?

Paltaryuyan maşın çirkli paltarlarımızı yuyur və onları təravətli və təmiz vəziyyətə qaytarır. Məhz buna görə paltaryuyan maşının barabanından gələn pis qoxu bizə təəcüblü gələ bilər. Paltaryuyandan gələn xoşagəlməz qoxunun qarşısını almaq üçün ilk öncə onun haradan  gəldiyini müəyyənləşdirməlisiniz.

Əgər ön yükləmə paltaryuyan maşının qapısını açdığınız zaman kif qoxusu hiss edirsinizsə, bu qoxunu aradan qaldırmanın ən asan həllı — maşının istifadə edilmədiyi müddətdə qapınısını açıq saxlamaqdır. Paltar yuduqdan sonra maşında həmişə bir az nəm qalır və əgər camaşırları çıxartdıqdan dərhal sonra qapını bağlasaq bu nəm içəridə qalır. Qapının rezin möhürü bu nəmin çıxmasına imkan vermir. Paltaryuyan maşın işləmədiyi zaman havalandırılırsa, qoxu qalmayacaq. Əgər bu kömək etməsə, palataryuyan maşının içərisində nəmin toplana biləcəyi bütün yerləri diqqətlə araşdırmalısınız. Rezin möhürün ətrafını və içərisini silin. Paltaryuyan maşının modelindən asılı olaraq möhür çıxarıla və yaxşıca yuyula bilər. Onu yuyarkən bir neçə qəpik, salfet, uşaq corabı və bəlkə də cibdən düşən digər xırda əşyalar tapa bilərsiniz. Nəm saxlayan bütün maddələr bir müddətdən sonra xoşagəlməz iy verməyə başlayır və buna görə də xoşagəlməz qoxulardan azad olmaq üçün bu əşyaları paltaryuyan maşından çıxarmaq lazımdır.

Əgər pis qoxu yuyucu toz üçün nəzərdə tutulan konteynerdən gəlirsə, konteyner çıxarılır və yaxşıca yuyulur. Konteynerin necə təmizlənməsi haqda daha ətraflı məlumata təlimat kitabçasından baxa bilərsiniz.

Nəhayət, paltaryuyan maşında qoxu olub olmamasından asılı olmayaraq, barabandakı bakteriyalardan azad olmaq üçün paltaryuyan maşını mütəmadı olaraq ən yüksək temperaturda yuyulma rejimini işə salmaq tövsiyyə edilir. Təxminən ayda bir dəfə dəsmallar, çox çirklənmiş mətbəx əşyalarını və döşəmə bezlərini ən yüksək temperaturda yuya bilərsiniz. Həmçinin əlavə olaraq, sirkə, limon turşusu və ya peşəkar maşın təmizləyicisi əlavə edərək ən yüksək temperaturda boş bir dövr etmək olar.

Paltarlarınızdan gələn xoşagəlməz qoxunu necə aradan qaldırmaq olar?

Paltarlarınızdan gələn ətrin xoş olması üçün bu ikisini etmək kifayətdir: paltarlarınızı düzgün yuma və onlara təravətli ətr bəxş etmək. Bu proseduru gigiyena prosedurlarıyla da müqayisə etmək mümkündür. Məsələn, dezodorant və ətir istifadə etməzdən öncə biz mütləq duş qəbul edirik. Yuyucu toz və gellər camaşırları təmizləyir və yüngül ətr bəxş edir. Paltar yumşaldıcısı camaşırlara yumşaqlığ və daha qalıcı ətr əlavə edir. Camaşırlarınızın xoş və təravətli olması üçün həm yuyucu toz, həm də  parça yumşaldıcı istifadə etməlisiniz.

Ən yaxşı ətirli parça yumşaldıcısını necə tapmaq olar?

«Ən yaxşı ətirli parça yumşaldıcısı» — biraz nisbi anlayışdı. Bu sizin xoşladığınız zərif və ya sadə təbii ətirlər olar bilər  və yaxud parlaq, lüks ətirlər sizin üçün daha cəlbedici görünə bilər. Şəxsi üstünlüklərinizdən asılı olmayaraq, «Vernel«-in geniş çeşidləri arasında özünüzə lazım olan bir ətr mütləq tapacağsınız.

Rəngarəng aromalı Vernel parça yumşaldıcıları

  1. Təravət ətirli
    Təbiətin təravətli klassik ətirləri sizə sahil küləyi, səhər və provans təravətini bəxş edəcək. Əgər sizdə 100 günə* qədər qalıcı təravət həzzini yaşamaq istəyirsinizsə, bu məhsullardan istifadə edin.
  2. Aromaterapiya effektli
    Paltar yumadan həzz alın. Hibiskus və qızılgül, vanil və sitrus, orxideya və paçuli, pion və pambıq — evinizə əsl 'spa-salonuna' çevirin. Ola bilsin ki, siz bu parça yumşaldıcılarını yalnız camaşırlar və ev paltarları üçün istifadə etmək istəyirsiniz. Bəlkə də siz bu cəzbedici ətri hər zaman və hər yerdə sizi müşayiət etməsini üstün tutursunuz? Hər bir halda bu qalıcı ətirlər 100 günə **qədər sizinlədir. 
  3. Fransuz ətirli
    Vernel Suprême xəttinin çeşidləri arasında daha zərif fransız aromalarını özündə cəmləşdirən ətirlər tapacaqsınız. Məşhur moda paytaxtı Paris ətriyyatçıları tərəfindən xüsusi formullar məhz ən tələbkar istehlakçılar üçün hazırlamışdır. Ətrafdakı insanların paltarlarınızdan gələn təravətli və lüks ətrinə valeh olduqlarını görmək istəyirsinizsə, yalnız sevdiyiniz ətri seçin və podiuma çıxın.
  4. Zərif ətirlı
    Əlbəttə ki, parlaq ətri olmayan parça yumşaldıcılarıda öz funksiyasını yaxşı yerinə yetirə bilər.
    Həssas dərilər üçün istehsal olunan Vernel «Uşaq» və Vernel « Sensitive» parça yumşaldıcılarının tərkibində boyaqlar istifadə edilməyib. Çox zərif və incə ətirə malik bu parça yumşaldıcıları üçün hazırlanmış xüsusi formula dermatoloji testdən müvəffəqiyyətlə keçmişdir.

* aromakapsullar sayəsində dolabda saxlandıqda camaşırların 100 günə qədər qalıcı təravəti 
** aromakapsullar sayəsində dolabda saxlandıqda camaşırların 100 günə qədər qalıcı təravəti 

Parça yumşaldıcısını hava təravətləndiricisi kimi istifadə edilməsi

Parça yumşaldıcısınızın ətri sizi valeh edirsə, onu hava təravətləndiricisinə çevirə bilərsiniz. Əvvəlcədən seyreltilmiş parça yumşaldıcı ilə nəmlənmiş quru çiçək ləçəklərindən, meyvələrdən, şam qozalarından və ya ağac yonqarlarından bir saşe hazırlayın. Yada parça yumşaldıcısını bir gözəl şüşə qaba tökün və ətrini yaymaq üçün şüşəyə bir neçə taxta çubuq qoyun.