Vernel

Hansı parça yumuşatıcısı həssas dəri üçün daha uyğundur?

Həssar dəri — paltar yumşaldıcısı istifadə etməmək üçün səbəb deyil. Paltarınızı gözəl, yumşaq və təravətli etmək fürsətini əldən verməyə dəyməz. Adətən həssas və allergiyaya meylli dəri sahibləri üçün qıcıqlanma barədə düşünmək belə parça yumşaldıcı istifadə etməkdən imtina etməsi üçün kifayətdir. Sizin üçün yaxşı xəbərlərimiz var: buna ehtiyac yoxdur. Düzgün parça yumşaldıcısı seçmək üçün aşağıdakıları bilmək kifayət edər.

Nə üçün dəridə qıcıqlanma baş verir?

Heç düşünmüsünüzmü niyə digər insanlar yun sviterlərdə özlərini yaxşı hiss edir, amma siz onların görünüşündən belə qaşınırsınız? Dərinin həssaslığı məsələsi əslində olduqca mürəkkəb məsələdir. Bir sözlə, qıcıqlanmaların bir çoxu iki əsas səbəbdən baş verir: genetik meyl və xarici amillər.

Bəzi insanlar şişkinlik və qıcıqlanmaya daha çox meylli olan sinir və qan dövranı sistemlərinin və lipid qatının belə bir quruluşu ilə doğulurlar. Lakin, əksər insanlarda dəri həssaslığı iqlim, su turşuluğu, səth toxuması və sərt kimyəvi maddələr kimi xarici amillərdən qaynaqlanır. Havanı idarə etmək əlimizdə olmasa da, digər xarıcı amilləri aradan qaldırmaq mümkündür. Məsələn: həssas dərilər üçün uyğun parça yumşaldıcısı tapa bilərik.

Parça yumşaldıcısı nəylə kömək edə bilər?

Parça yumşaldıcısı paltarın toxunuşda xoş, gözəl görünüş və təravətli ətr bəxş etmək üçün hazırlanmışdır.  Düzgün seçilmiş məhsul həssas, allergiyaya meylli olan və dəri qıcıqlanmalarından əziyyət çəkən hər kəs üçün bir sıra real üstünlüklərə malikdir.

1. Suyun pH göstəriciləri və kobud səthlər
Sərt suda olan kalsium, maqnezium və dəmir birləşmələrinin mineralları, yalnız dərini deyil, həm də parçanı qurudur. Nəticədə paltarlar sərt, kobud nə narahat ola bilər. Bu əsasən yun kimi qaşınma və narahatlıq yaradan parçalara aiddir. 

Bu tip parçaları yuyarkən parça yumşaldıcısından istifadə etsəniz, yumşaldıcı hissəciklər liflərə nüfuz edərək, onları yumşaq və hamar edir. Nəticədə mineralların təsiri neytrallaşdırılır. Toxunuşda xoş və yumşaq hiss bəxş edən parça, qıcıqlanma riskinidə azaldır.

2. Kimyəvi maddələr
Bəzi maddələr və qoxular həssas və allergik dəriyə zərər verə bilər. 

Əgər dəriniz davamlı olaraq səpirsə, siz  xüsusi hazırlanmış parça yumşaldıcılarına etibar etsəniz daha yaxşı olar. Bu yumşaldıcıların tərkibində xüsusi allergensiz ətir istifadə olunur.

Həssas dəriyə malik insanlar parça yumşaldıcı seçərkən iki şeyi unutmamalıdır.

  • Boyaqların olmaması — müəyyən ton və ya çalar verən kimyəvi maddələr. Adətən yuyucu məhsullarda nisbətən yumşaq boyaqlar istifadə olunur, lakin onlarda həssas dərinin iltihabına və qıcıqlanmasına səbəb ola bilərlər. Ona görədə həssas dəriyə malik insanlara yalnız boyaqsız yumşaldıcı istifadə etmək tövsiyyə olunur.
  • Dermatoloji test — dərinizin təhlükəslikdə olduğundan əmin olmaq istəyirsiniz?
    Dermatoloji cəhətdən sınaqdan keçmiş məhsullar sizin üçün ən yaxşı seçimdir.

Vernel «Uşaq» və Vernel «Sensitive» hər iki tələbə cavab verir. Xüsusi hazırlanmış formulanın tərkibində boyaq maddələri və ya konservantlar yoxdur. Dermatoloji cəhətdən sınaqdan keçib.

Bəs körpələr?

Yəqin ki, valideynlər uşaq geyimlərini necə etibarlı şəkildə kimyəvi maddələr olmadan yumşaq etmək yollarını düşünürlər?

Körpələr camaşırları üçün yuyucu vasitələr seçərkən çox diqqətli olmaq lazımdır. Uşaq geyimləri üçün nəzərdə tutulan yuyucu vasitədən və Vernel «Uşaq»xüsusi yumşaldıcısından  az miqdarda istifadə edin. Paltarları zərif yuma dövründə yuyun və quruducu maşından istifadə etməyin.

Bonus:

  • Qurutma maşınından istifadə edirsinizsə, bir stəkan sirkəni və bir çay qaşığı evkalipt efir yağını qarışdırın və parça liflərini yumşaltmaq və xoş ətir bəxç etmək üçün məhlulu paltarlara səpin.
  • Sintetik parçalardan istifadə etməyin. Əgər seçiminiz yoxdursa, statik elektrik səbəbindən liflərin bir birinə yapışma ehtimalı olduğundan  onları təbii parçalardan ayrı yuyun. 

Nəyi gözləyirsiniz? Sizin və ailənizin incəlik, rahatlıq və heyranedici ətir dünyasına qərq olmağınızın vaxtı gəldi!