Vernel

Camaşırların yumşaq və təravətli olması üçün yumşaldıcidan necə istifadə etməliyik?

Heç bir şey peşəkar yuyulmuş camaşırların baxımlı görünüşündən və bəxş etdiyi hamarlıq, yumşaqlıq və təravət hissiynən müqayisə oluna bilməz. Əgər hər hansı bir oteldə qalarkən və yaxud rəfiqənizi ziyarət edərkən, camaşırların keyfiyyəti sizi valeh edibsə, deməli parça yumşaldıcılarla əsl tanış olmağın vaxtı gəlib çatıb. Bizim addım-addım təlimatlarımızı yerinə yetirərək mükəmməl nəticələr əldə edəcəyinizdən əmin ola bilərsiniz.

1. Parça yumşaldıcınızı kəşf edin

Tələblərinizə uyğun parça yumşaldıcısı tapmaq işin yarısıdır. Axtarış, istək və tələblərinizdən asılı olaraq asan və ya inanılmaz dərəcədə çətin ola bilər. Qərar verməyə kömək edəcək üç əsas meyar var. Bəziləri üçün ilk və ən önəmlisi — ətirdir. Bir ətirə aşiq olduqda o sizin ömürlük ətriniz olur. Vernel sizə müxtəlif çeşidli ətirlər təqdim edir: təravətli, çiçəkli, həssasdan tutmuş  qalıcı aromaterapiyaya bənzər və incə fransuz ətrinə qədər. Öz ətrinizi tapmaq üçün onu yalnız qoxmaq lazım. Diqqət yetirilməli ikinci vacib amil — dəri həssaslığı problemidir. Əgər siz uşaq paltarlarını və ya həssas dəriyə malik insanın hər hansı əşyasını yuyursunuzsa, Vernel «Uşaq» -vi  seçin. Bu yumşaldıcı dermatoloji  sınaqdan keçirilmişdir və tərkitində heç bir boyaq yoxdur. Qərarınıza təsir edəcək üçüncü amil isə —konsistensiyasıdır.  Bütün Vernel məhsulları maye konsentrat şəklində istehsal olunur.

2.  Parça yumşaldıcısını necə istifadə etmək lazımdır?

Əgər heç vaxt parça yumşaldıcı vasitəsindən istifadə etməmisinizsə, özünüzə bu sualı verməyin vaxtı gəlib çatıb: parça yumşaldıcısı nə edir? Onu necə istifadə edəcəyiniz bu suala verdiyiniz cavabdan asılıdır. Bu məhsulun necə işlədiyi haqqında artıq ətraflı məlumat verilib; bir sözlə, hamarlaşdıran hissəciklər toxuma liflərinə yumşaldıcı təsir göstərir və onları daha yumşaq və hamar edir. Bütün bunlar yuma prosesinin son mərhələsində baş verir.

3. Düzgün doza necə təyin edilir?

Adətən parça yumşaldıcıları qapağlı şüşələrdə satılır. Bu qapaqları dozator kimi istifadə etmək olar. Yumşaldıcı vasitənin optimal miqdarı paltaryuyan maşında olan camaşır miqdarından, arzuolunan yumşaqlıqdan və qalıcı ətrindən asılıdır. 

4.  Parça yumşaldıcısını hara əlavə etməliyik?

Lazımı miqdarı ölçmək üçün yumşaldıcını şüşənin qapağına tökün və daha sonra mayeni paltaryuyan maşının yumşaldıcı vasitəsi üçün nəzərdə tutulan bölməsinə əlavə edin. Öndən yükləmə modelinə malik paltaryuyan maşınların ön siyirtməsində çiçək şəklində işarələnmiş xüsusi yumşaldıcı vasitə üçün bölmə var. Bu bölmə, ümumiyyətlə, siyitmənin ön yuma və əsas yuma bölmələri arasında və ya onlardan sağda yerləşir. Şaquli yükləmə modelinə malik paltaryuyan maşınlarda isə mərkəz sütununda kiçik bir dəlik var. Sizə lazımi miqdarda parça yumşaldıcısını qapağla ölçün və bu dəliyə tökün. Dozaya dair tövsiyələr bütün Vernel şüşələrinin arxasında yazılıb. Paltaryuyan maşın modelinizin burada təsvir olunan standartından fərqli olduğu halda, paltaryuyan maşınının təlimat kitabçasını ilk dəfə paltar yumşaldıcısı istifadə etmədən öncə oxuyun.

Bu da Son!

Gördüyünüz kimi, parça yumşaldıcısını istifadə etmək çox asan və sadədır. İlk dəfə paltar yumşaldıcısı istifadə etməzdən əvvəl paltaryuyan maşınının təlimat kitabçası  və Vernel şüşəsindəki təlimatlarla mütləq tanış olun. Təzə yuyulmuş camaşırların keyfiyyətinə heyran qalacaqsınız.