Vernel

Camaşır yuyarkən yumşaldıcı istifadə etmək üçün 9 səbəb

Niyə parça yumşaldıcıya ehtiyacınız var? Yumşaldıcı istifadə etməyin bir neçə aydın görunən və görünməyən üstünlükləri var. Parça yumşaldıcısına ehtiyacınızın olub olmadığını müəyyənləşdirmək üçün sizə  9 səbəb təklif edirik.

1. Paltarlarına yumşaqlıq bəxş et

Parça yumşaldıcısı necə işləyir? Parça yumşaldıcısının istifadəsində  birinci və ən önəmli məqsəd — parçanı yumşaltmaqdır. Ola bilsin ki, siz cod suyu olan bir bölgədə yaşayırsınız və kobud dəsmalları və köynəkləri sevmirsiniz. Bəlkə də siz təzə yuyulmuş  yumşaq mələfəyə toxunuşdan zövq alırsınız. Səbəblərdən asılı olmayaraq paltarlarınızın, camaşırlarınızın və dəsmallarınızın hamar və yumşaq olmasını istəyirsinizsə, onda parça yumşaldıcısının qablaşdırmasında yazılan təlimatları tam olaraq yerinə yetirməyiniz kifayətdir. Hər şey çox sadədir.

2. Statik enerjini azalt

Başqa nə səbəbdən yumşaldıcıya ehtiyacımız var? İkinci səbəb — antistatik effektin yaradılmasıdır. Heç paltarınız bədənizə yapışıbmı? Bəs sviterinizi geyinərkən saçlarınız elektrizasiya olubmu? Əşyalara, iş masanıza, iş yoldaşlarınıza toxunarkən insanın əlini titrədən «tok vurması” baş veribmi? Belə gərgin elektrik yükünün necə yarandığının səbəbini bilirsinizmi? Bu tamamilə geyimlə bağlı bir şeydir. Bu o səbəbdən baş verir ki, parçalar  özündə statik elektrik yükləri saxlayır.  Parça yumşaldıcısı isə statik elektrik yüklərinin yığılmasına mane olur ( xüsusilə sintetik parçalarda) və bu daha çox qış aylarında, mərkəzi isitmə sistemi işə salındıqda və hava quru olduqda çox vacibdir.

3. Paltarınıza qeyri-adi ətr bəxş et

Ətir — parça yumşaldıcısının istifadə edilməsinin əsas səbəblərindən biridir. Bu bizim  qoxu hissimizin dərin emosional kökləri ilə əlaqədardır. Bizə xoş olan və yaxud xoş xatirələr bəxş edən ətirlər,  yeni bir mühitdə də özümüzü evdəki kimi hiss etdirə bilər. Tanış və xoş bir ətir insana rahatlıq hissi bəxş edir. Parça yumşaldıcısının qalıcı bir ətrə malik olması, sizə ən sevdiyiniz ətri tapdıqdan sonra evinizə və paltarlarınıza özünəməxsus bir çalar verməyə imkan yaradır.

4. Paltarlarınızı qoru

Parça yumşaldıcı sayəsində paltar yalnız yumşaq deil, həm də təravətli ətr bəxş edəcək. Bu yuyucu vasitəsinin çoxlu sirli faydaları var.  Yumşaldıcı effekti nəinki, lifləri hamar və yumşaq edir, eyni zamanda onları qoruyur. Nəticə olaraq isə,  gündəlik istifadə zamanı parça daha az köhnəlir və ilkin görünüşünü daha uzun müddət qoruyub saxlayır.

5. Rənglərin parlaqlığını qoru

Parça yumşaldıcısı həm tünd, həm də parlaq rəngli paltarların rənglərinin parlaqlığını qorumağa kömək edir. Parça yumşaldıcısının qoruyucu yumşaldıcı hissəciklərinin lifləri hamarlaşdırması sayəsində parçanın səthində tiftiklər əmələ gəlmir və buda öz yerində parçanın solmasının və rənginin itirməsinin qarşısını alır. Ən çox sevdiyiniz qara libası, çəhrayı bluzu və ya sarı sviteri uzun müddət rahat geyinə bilərsiniz.

6. Düzgün parçalar üçün istifadə et

Bəzi insanlar əlavə camaşır yuyucu vasitələrindən istifadə etməkdən çəkinirlər, çünki onlara yumşaldıcı mayenin paltar üçün təhlükəli olduğu söylənilib. Bu iddialar yalnışdır və həqiqəti əks etdirmir. Sadəcə olaraq hansı paltarı yumşaldıcı ilə yumaq olar hansını isə yox düzgün müəyyən edilməlidir. Yalnız fayda verəcək parçalar üçün istifadə etsəniz, əla nəticə əldə edə biləcəksiniz. 

Yumşaldıcı vasitəni istifadə etməzdən öncə mütləq paltarın etiketini və bizim təlimatları ətraflı oxumanız tövsiyyə olunur.

7. Paltarlarına yeni həyat bəxş et

Paltar yuma zamanı  parça girməsin deyə, mütləq  paltarın etiketində olan təlimatlara diqqət yetirməlisiniz. Paltar artıq giribsə , onu əvvəlki görünüşünə qaytarmaq demək olar ki, mümkün deyil. Lakin paltarınızı yenidən sizə uyğun bir vəziyyətə gətirmək üçün parça yumşaldıcısı istifadə edə bilərsiniz. Bir uyğun qab seçib isti su ilə doldurun və bir qapaq parça yumşaldıcısı əlavə edib, bir gecəlik isladın.  Ehtiyyatla sıxın və dartın. Paltarı düz bir səthdə qurutun.  İndi siz paltarınıza yeni həyat bəxş etdiniz.

8. Qurutma zamanını azalt

Parça yumşaldıcısı istifadə etdikdə paltarlar daha tez quruyur. Parça yumşaldıcıları lifləri qoruyur və nəticədə onların suqovucu və çıxarıcı xüsusiyyətlərini artırır. Bu isə öz yerində, camaşırların daha tez qurumasına səbəb olur. Beləliklə,  siz vaxtınıza və əgər bir qurutma cihazından istifadə edirsinizsə — pulunuza və elektrik enerjisinə qənaət etmiş olursunuz.

9. Ütüləməni asanlaşdır

Parça yumşaldıcısı istifadə etməmək mümkündürmü? Çox güman ki, «bəli» cavabı verəcəksiniz. Parça yumşaldıcısı yuyulma prosesini asanlaşdırırmı? Əlbəttə ki,«bəli»! Bəs paltar ütüləməyi sevirsiniz? Gəlin bu işi bir qədər asanlaşdıracaq bir köməkçidən istifadə edək. Parça yumşaldıcısının yumşaldıcı xüsusiyyətləri sayəsində parça səthində qırışlar daha az olur və siz onu ya ütüləməmək,  ya da ütüləməyə  sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azalda bilərsəniz. Beləliklə, nəinki vaxta, həm də elektrik enerjisinə qənaət etmiş olursunuz.

Öz səbəbini tap

Parça yumşaldıcıları paltarınıza bir sıra üstünlüklər verir: daha uzunmüddətli təravət, daha çox yumşaqlıq, asan ütülənmə və antistatik effekt. Paltarın formasını saxlamağa, parçanın vaxtından əvvəl köhnəlməsinin qarşısını almağa, rənglərin parlaqlığını qorumağa kömək edir. Ən əsası isə — sizin camaşırlar və sizin seçimdir. Ən çox bəyəndiyiniz Vernel yumşaldıcısını seçin və ən vacib üstünlüyün nə olduğunu əlavə edin:

10. Məhz parça yumşaldıcısından xoşun gəldiyin  üçün ondan istifadə et!